Rusiya Finlandiya hökumətinə cavab olaraq 9 diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburq Baş Konsulluğunda fəaliyyət göstərən 9 finlandiyalı diplomat “persona non-qrata” elan edilərək, ölkədən deportasiya ediləcək.
Rusiyanın bu qərarından sonra Finlandiyanın baş naziri Petteri Orpo Finlandiyanın buna cavab verə biləcəyini vurğulayıb.
Aysu Demokrat.az


