Sosial Özəl

Bakıda əyləci tutmayan avtobuslar ciddi təhlükə mənbəyidir — Sərnişindaşıma şirkətlərinin laqeydliyi...

Bakıda əyləci tutmayan avtobuslar ciddi təhlükə mənbəyidir — Sərnişindaşıma şirkətlərinin laqeydliyi...

İyulun 5-də paytaxt ərazisində zəncirvari qəza baş verib.

Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin məlumata görə, 9 avtomobilin əzildiyi qəzaya səbəb avtobusun əyləcinin tutmaması olub.

Daha çox ilin qarlı, yağışlı havalarında rast gəldiyimiz belə hadisələr artıq bütün fəsillərdə adi hala çevrilib. Baxmayaraq ki, ictimai nəqliyyat vasitələrinin texniki baxışına dair ciddi qaydalar var, görünür, bəzi sürücülər bu tələbləri ciddiyə almır.

İstismara yararsız avtobus və mikroavtobuslarda sərnişin daşımaları zamanı bədbəxt hadisələr qaçınılmazdır.

Bundan sığortalanmaq üçün sürücülər nəyə diqqət etməlidirlər?

Bakıda əyləci tutmayan avtobuslar ciddi təhlükə mənbəyidir — Sərnişindaşıma şirkətlərinin laqeydliyi...
Rövşən Həsənov

Nəqliyyat üzrə ekspert Rövşən Həsənov baş vermiş hadisə ilə Demokrat.az-a açıqlamasında bildirib ki, avtobuslara nəzarət güclü olmadıqda və sürücülərin iş qrafiki uzun olduqda bu kimi texniki nasazlıqlar səbəbilə yaşanan riskli halları arta bilər:

“İctimai nəqliyyat vasitələri hər gün sanitar – gigyena normalarına uyğun olaraq təmizlənir, dezinfeksiya olunur.

Bundan başqa, sürücü sağlamlığı ilə bağlı arayış alır, hər gün həkim baxışından keçir. Nəqliyyat vasitəsinin qanuna uyğun olaraq hər gün texniki baxışdan keçirilməsi ən vacib məsələdir, söhbət yüzlərlə insanın həyatından gedir. Xüsusən də qışda sərt hava şəraitində, yağışda, qarda belə hallar qaçınılmazdır. Bunun qarşısını almaq üçün nəqliyyat vasitələri mütəmadi olaraq texniki baxışdan keçirilməsinə ciddi nəzarət edilməlidir.

Baş Dövlət Yol Polisinin qoyduğu tələblərdən əlavə olaraq sürücülər nəqliyyat vasitəsini əlavə texniki baxışdan da keçirməlidirlər. Hər səhər avtobus yola çıxdıqda onun saz vəziyyətdə olduğu mütləq yoxlanılmalıdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az