Sosial

"Çimərlikdə yatmaq və sərxoş halda çimmək qadağandır" — Əhaliyə MÜRACİƏT

Çimərlikdə yatmaq və sərxoş halda çimmək qadağandır — Əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Demokrat.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

“Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, qadağandır:

- nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək,

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”.

D
demokrat.az