Gündəm

Deputat AZAL-ı tənqid etdi: "Səbəbi birbaşa korrupsiya ilə bağlıdır"

Deputat AZAL-ı tənqid etdi: Səbəbi birbaşa korrupsiya ilə bağlıdır

"AZAL Naxçıvana təyyarə məsələsi ilə bağlı illərdir açıqlama verir. Amma həll olunmur. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır".

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Gürcüstandan İstanbula təyyarə ilə getmək 100, Bakıdan isə 700 manatdır: "Bunun üstündə pul tuturlar. Naxçıvana gedəndə 20 manat qazanırsan. Fikirləşir ki, reyslərin çoxunu başqa yerə yönəldim, 300-400 manat qazanım. Biz bu məsələni elə həll etməliyik ki, yoxsulluq içində yaşayan əhali sıxıntı çəkməsin".

D
demokrat.az