Region Özəl

Peskov: “Taxıl dəhlizi sazişinin uzadılması barədə hələ qərar verməmişik”

Peskov: “Taxıl dəhlizi sazişinin uzadılması barədə hələ qərar verməmişik”

Rusiya hökuməti Qara dəniz Taxıl Dəhlizi Sazişinin uzadılıb-uzadılmaması ilə bağlı yekun qərar vermədiyini bəyan edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov bildirilib ki, bununla bağlı hələ rəsmi olaraq qərar verilməyib:

"Rəsmi qərarımızı açıqlamamışıq, vaxtı gələndə açıqlayacağıq. Razılaşmaların ölkəmizə aid hissəsinin yerinə yetirilməsi üçün hələ vaxt var. Hələlik bu hissə tamamlanmayıb. Hazırda bu müqavilənin uzadılmasına heç bir səbəb yoxdur”.

Peskov Qərbi Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Aysu Demokrat.az

D
demokrat.az