Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün tərəflər arasında telefon görüşməsi baş tutub.
Görüşdə NATO-nun genişlənməsi, İstanbul Taxıl sazişi, narkotik təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq və iyulun 7-də ABŞ-ın ev sahibliyi ilə keçiriləcək beynəlxalq görüş müzakirə edilib.
Aysu Demokrat.az


