İqtisadiyyat

ADNSU 3 ay öncə yaranan şirkəti 393 min AZN-lik tenderin qalibi elan etdi

ADNSU 3 ay öncə yaranan şirkəti 393 min AZN-lik tenderin qalibi elan etdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Dəftərxana və təsərrüfat mallarının satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az sözügedən tenderin qalibi "OXATAN-C" MMC olub və bununla da şirkətə 393.298,12 AZN ödəniləcək.

Bildirək ki, Nizamanamə kapitalı 10 AZN olan "OXATAN-C" MMC-nin sahibi CAVİD ƏLƏKBƏROV AZƏR OĞLUdur. Şirkət 30.03.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlıdır.

D
demokrat.az