Dünya Özəl

Kolumbiya hökuməti üsyançılarla barışdı

Kolumbiya hökuməti üsyançılarla barışdı

Kolumbiyada hökumət ölkədəki son fəal üsyançı təşkilat olan "Milli Azadlıq Ordusu" ilə atəşkəs razılaşmasına imza atıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında razılaşma əldə olunub və 6 aylıq atəşkəsə qərar verilib.

Sülh razılaşmasından sonra "Milli Azadlıq Ordusu" döyüşləri tez bir zamanda dayandıracağını açıqlayıb.

Kolumbiyanın müdafiə naziri də silahlı qüvvələrə əməliyyatları dayandırmağı əmr edib.

Bununla belə, "Milli Azadlıq Ordusu" ordu və ya digər silahlı qrupların hər hansı bir hücumu halında özlərini müdafiə edəcəklərini bəyan edib.

Qeyd edək ki, altı aylıq atəşkəs rəsmi olaraq avqustun 3-də başlayacaq.

Aysu Demokrat.az

D
demokrat.az