Məşhur futbolçu Mauro İkardiyə Səudiyyə Ərəbistanından təəccübləndirici təklif gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" qəzeti məlumat yayıb.
Paris Saint-Germain-ə (PSJ) qayıdan Mauro İkardi yenidən Qalatasaray forması geyinmək istəsə də, transfer bazarını alt-üst edən Ərəbistan yenə hər kəsi təəccübləndirib.
Belə ki, İtaliyanın "Tuttomercato" agentliyi Səudiyyə klubu "Al Shabab"ın İkardi üçün Fransa klubuna 20 milyon avro, 2 il ərzində ümumilikdə 80 milyon avro vəd etdiyini iddia edib.
Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi iddianın doğruluğunu araşdırır.
Aysu Demokrat.az


