Dünya Özəl

İsveçdə Qurani-Kərimin yandırılmasına görə BMT təcili iclas çağırdı

İsveçdə Qurani-Kərimin yandırılmasına görə BMT təcili iclas çağırdı

İsveçdə Qurani-Kərimin yandırılması Cenevrədə BMT-nin İnsan Haqları Şurasında keçiriləcək təcili iclasında müzakirə olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Şuranın sözçüsü Paskal Sim açıqlamasında bildirib.

Açıqlamada deyilir ki, BMT İnsan Haqları Şurası İsveçdə Qurani-Kərimin yandırılmasından sonra bu həftə təcili iclas çağırıb.

Eyni zamanda bu hərəkətin müsəlman dünyasında hiddətə səbəb olduğu qeyd edilib.

BMT sözçüsü bildirib ki, iclas İslam Əməkdaşlıq Təşkilatının bəzi üzvləri adından Pakistan tərəfindən tələb olunub.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü bir nəfər məscidin qarşısında müqəddəs Qurani-Kərimi yandırıb.

Aysu Demokrat.az

D
demokrat.az