Gündəm

"Ziya Məmmədov tövbəsini pozarsa, o, qamçılanacaq" — Məscid imamından ŞOK AÇIQLAMA

Ziya Məmmədov tövbəsini pozarsa, o, qamçılanacaq — Məscid imamından ŞOK AÇIQLAMA

İmam-Hüseyn məscidinin imamı, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov sabiq nəqliyyat naziri Ziya Məmmədovun namaz qılıb, ibadət etməsindən danışıb.

Hacı Əbdül Əbdülov Demokrat.az-a açıqlamasında Ziya Məmmədovu yanına tövbə etməyə çağırıb:

"Tövbə qapıları hər zaman açıqdır, Allah böyükdür, bağışlayandır. Mən arzu edirəm ki, Ziya Məmmədov yanıma gəlib tövbə etsin. O zaman Allah da onun günahlarını bağışlayacaq. Yəqin ki, Ziya Məmmədov indiyədək pis əməllərə bulaşmayacağı barədə tövbə etməyib. Ona görə də günahları var".

Ziya Məmmədov tövbəsini pozarsa, o, qamçılanacaq — Məscid imamından ŞOK AÇIQLAMA

Hacı Əbdül Əbdülov əlavə edib ki, əgər Ziya Məmmədov tövbəsini pozarsa, onun qamçılanması qaçılmazdır:

"Ziya Məmmədov yanıma gəlib birinci və sonuncu dəfə tövbə etsin. Əgər Ziya Məmmədov tövbəsini pozarsa, o zaman mütləq qamçılanmalıdır, şallaqlanmalıdır. Başqa çıxış yolu yoxdur".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az