Hərbi

Ermənilərin Şuşa istiqamətində istehkam tikmə cəhdinin qarşısı alınıb — RƏSMİ

Ermənilərin Şuşa istiqamətində istehkam tikmə cəhdinin qarşısı alınıb — RƏSMİ

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda deyilir.

D
demokrat.az