Dünya

İlon Mask Mark Zukerberqlə əlbəyaxa döyüş üçün məşq edir — FOTO

İlon Mask Mark Zukerberqlə əlbəyaxa döyüş üçün məşq edir — FOTO

“Tesla” və “Tvitter”in sahibi, milyarder İlon Maskın “Facebook” un rəhbəri Mark Zukerberqlə əlbəyaxa döyüşə hansı məşqçi ilə hazırlaşdığı məlum olub.

Demokrat.az xəbər verir ki, Mask məşhur alim və ciu-citsu üzrə qara kəmər sahibi Leks Fridmanla məşq edib.

“Dünən mən İlon Maskla bir neçə saat davam edən məşq etdim. Onun gücü, gücü və döyüş bacarığı məni çox heyran etdi…”, – deyə Fridman sosial şəbəkədə yazıb.

Mask daha əvvəl Zukerberqlə əlbəyaxa döyüşə hazır olduğunu bildirmişdi. Zukerberq “Tesla”nın rəhbərinin təklifini qəbul edib. Mask Las-Veqasda döyüşməyi təklif edib.//Azpostinfo

D
demokrat.az