Təhlil Özəl

17 yaşlı əlcəzairlinin qətli — Fransa küçələrində demokratiya dəfn edilir

17 yaşlı əlcəzairlinin qətli — Fransa küçələrində demokratiya dəfn edilir

“İndi başından vuracağam” deyən Fransa polisi 17 yaşlı Əlcəzair əsilli güllələdi və nəticədə yeniyetnmə qətlə yetirildi. Nanter şəhərində baş verən polis zorakılığı Fransa “demokratiyası”nın gerçək üzünü ortaya çıxardı.

“Demokratiyanın beşiyi” olaraq özünü təqdim edən Fransa gerçəkdə irqçiliyin, ksenefobiyanın, polis rejiminin hökm sürdüyü ölkədir. Əlcəzairli yeniyetmənin qətlindən sonra Nanterdə və bir sıra şəhərlərdə polis zorakılığına qarşı aksiyalar başlayıb, 24 iştirakçı saxlanılıb.

Fransa hökumətinin aksiya iştirakçılarına qarşı zorakılığı bu ölkədə insan haqlarının ayaqlar altına salındığının mənzərəsidir.

Fransanın tarixi ksenofobiya, islamafobiya və irqçilik siyasəti ilə zəngindir. Bu siyasət Emmanuel Makronun prezidentliyi dövründə daha kəskin hal alıb.

Son dövrlər Makron hökumətinin sosial siyasəti kütləvi etirazlara səbəb olur, buna paralel olaraq, insan haqlarının pozulması, xüsusilə irqçilik hallarının artması narazılığı daha da körükləyib. Əlcəzairli yeniyetmənin polis tərəfindən qətli də Makron hökumətinin anti-demokratiya siyasətinin nəticəsidir. Çünki etirazları yatırmaq üçün Makron polisi külli-ixtiyar verib, zorakılıq baş alıb gedir.

17 yaşlı əlcəzairlinin qətli — Fransa küçələrində demokratiya dəfn edilir

Əlcəzairli yeniyetmənin polis tərəfində qətlə yetirilməsinin iki təməl səbəbi var.

Biri özünü “demokrat” adlandıran, digər ölkələrin daxili məsələlərinə burnunu soxmağa çalışan Makronun diktatorluğudur. Xüsusilə anti-sosial siyasətinə görə tez-tez etirazlarla üzləşən Makron son dövrlər insan haqlarına daha sərt şəkildə müdaxilələr edir.

Digər səbəb isə Fransanın Afrikadakı müstəmləkiçilik siyasəti, xüsusilə Əlcəzair xalqına qarşı törətdikləri soyqırımıların tarixi yaddaşıdır. Fransada əlcəzairlilərə qarşı hələ də ən yüksək səviyyədə irqçilik siyasəti tətbiq edilir. Çünki bu ölkədə Əlcəzairin müstəqilliyi ilə hələ də barışmaq istəmirlər.

Tarix isə hər şeyi özündə ehtiva edir. Əlcəzair soyqırımı Fransanən qanlı tarixinin ən qəddar səhifələrindəndir.

1830-1962-ci illər ərzində Fransa işğalında olan Əlcəzairdə bütün təbii sərvətlər talan olundu, insanlar kölə olaraq satıldı. 1954-1962-ci illərdə Əlcəzairin müstəqillik müharibəsi soyqırımı ilə nəticələndi. Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirdi. Təkcə 1945-ci ilin 8 mayında Fransa ordusunun Setif, Quelma və Karatta bölgələrində nümayişlərə havadan və urudan hücumu nəticəsində 45 min insan öldürüldü. Fransanın Əlcəzairi işğal altında saxladığı 132 il müddətində 5,5 milyon əlcəzairli etnik təmizlənməyə məruz qalıb.

Fransanın əlcəzairlilərə qarşı soyqırımı bu gün də müxtəlif formalarda davam edir. 17 yaşlı əlcəzairli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bunun sonuncu nümunəsidir.

Bu, həm də Makron hakimiyyətinin “demokratiya” dərisinə bürünmüş gerçək üzünü ortaya çıxarır. Demokratiyadan, insan haqlarından dəm vuran Fransa küçələrində insanlar qətlə yetirilir, sərbəst toplaşmaq azadlığı tapdanır, insan hüquqları pozulur.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az