Region

Priqojinin şəxsi təyyarəsi Minskdən Moskvaya uçub

Priqojinin şəxsi təyyarəsi Minskdən Moskvaya uçub

“Vaqner”in rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi Minskdən Moskvaya doğru uçub.

Demokrat.az xəbər verir ki, bunu “flyradar24”ün məlumatları ortaya qoyub.

“RA-02795 nömrəli Embraer Legacy 600 təyyarəsi dünən axşam saat 22:39-da Maçulişçi hərbi aerodromundan havaya qalxıb.

Təyyarə iyunun 27-də Moskva vaxtı ilə saat 07:40-da Minsk yaxınlığındakı Maçulişçi hərbi aerodromuna enmişdi. İlk saatlarda Priqojinin bu təyyarədə olub-olmadığı məlum deyildi. Lakin sonradan Belarus prezidenti Aleksandr Lukaşenko onun ölkə ərazisində olduğunu təsdiqlədi.

İyunun 24-də başa çatan silahlı qiyamdan bir gün sonra Priqojinin təyyarəsi Rostovdan Sankt-Peterburqa uçmuşdu. “Important Stories”in məlumatına görə, bu, 2019-cu ildən ABŞ-ın sanksiyaları altında olan RA-02795 nömrəli təyyarədir.//Azpost.info

D
demokrat.az