Gündəm

MN: Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik

MN: Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı məlumatı qəti şəkildə təkzib edib.

Demokrat.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

"İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

D
demokrat.az