Dünya

Krımda dəmiryolu relsləri zədələnib

Krımda dəmiryolu relsləri zədələnib

Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Krım yarımadasının Kirovski rayonunda dəmiryolu relsləri zədələnib.

“Report” xəbər verir ki, bu barədə Krımdakı separatçıların başçısı Sergey Aksenov məlumat yayıb.

O, hadisə nəticəsində hər hansı xəsarət və itkinin olmadığını söyləyib.

S.Aksenov bildirib ki, ərazidə müvafiq qurumlar tərəfindən təmir-bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

D
demokrat.az