Serbiyada Prezident Aleksandr Vuçiçinin istefasını tələb edən insanlar yenidən küçələrə axışıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Məlumata əsasən, paytaxt Belqradda minlərlə insan etiraz aksiyası keçirərək Prezident Aleksandr Vuçiçinin istefasını tələb ediblər.
Bundan əlavə, "hakimiyyətə qarşı gəlmək" və "zorakılıq"da ittiham olunan media nümayəndələri ölkənin 20-yə yaxın şəhərində etiraz aksiyası keçiriblər.
Nümayişlərə müxalifət partiyalarının nümayəndələri də qatılıb.
Prezidentlə yanaşı, təhlükəsizlik qüvvələrinin rəisləri və media monitorinqi təşkilatlarının rəhbərlərinin də istefaları tələb olunub.
Aysu Demokrat.az


