Kriminal Özəl

Bakıda iki nəfərin öldüyü kütləvi dava ilə bağlı XƏBƏR VAR

Bakıda iki nəfərin öldüyü kütləvi dava ilə bağlı XƏBƏR VAR

Bakının Nizami rayonunda ölümlə nəticələnən kütləvi davanın iştirakçları – Ceyhun İsayev, onun qardaşı Ramin İsayev və Rauf Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin fevralın 11-də, gecə saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə nəticəsində daha bir nəfər – Orxan Fətəliyev xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova