Siyasət Özəl

Politoloq: “Azərbaycan Zəngəzur koridorunun açılmasında qərarlıdır”

Politoloq: “Azərbaycan Zəngəzur koridorunun açılmasında qərarlıdır”

"Ermənistan hakimiyyətinin 10 noyabr sazişindən sonra atdığı bütün addımlar yalnız danışıqları uzatmağa və problemi konservasiyasına yönəlib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Vasif Əfəndi deyib.

Politoloqun fikrincə, Paşinyan hakimiyyəti artıq anlayır ki, daşnaqlardə “böyük Ermənistan ideologiya” fiaskoya uğrayıb və bunun gələcəyi yoxdur:

"Ermənistanın dövlət rəmzlərində qonşu ölkənin ərazisini öz torpaqları kimi göstərmək və İran da daxil olmaqla bütün qonşularına ərazi iddiası irəli sürmək kimi axmaq düşüncə bitməyincə, erməni xalqının gələcəyi ola bilməz. Paşinyan bütün bunları başa düşən dövlət başçısı olaraq çıxış yolunu da görmür. Ermənistanda 100 ildən artıq bir zamanda formalaşan daşnak təfəkkürü radikal dini məzəblər kimi xalqın qanına işləyib. Erməni cəmiyyətində xalqın yaşaması üçün ilk növbədə qonşularla münasibətlərin düzəlməsini istəyən qüvvələr daha tez-tez bu fikirləri səsləndirsələr də onlar hələ azlıqdadırlar. Məhz bu faktor Paşinyanı “fırlanğıc siyasəti“ yürütməyə vadar edir".

Vasif Əfəndi qeyd edib ki, dünən Avropa İttifaqından və ABŞ-dan dəstək uman və bayraqlarını ölkəsində qaldıran Ermənistan bu gün Putinə "Vaqnerçi"lərə qarşı silahlı dəstək göndərmək üçün müraciət edib:

“Daşnak ideologiyasının təsirindən çıxa bilməyən Paşinyanın fəaliyyətinin nəticəsi Laçın koridorunun tam qapanması ilə nəticələndi. Ancaq 10 noyabr sazişi bəndlər üzrə ardıcıl yerinə yetirilmiş olsaydı, indi Zəngəzurdan hər iki tərəfə iki geniş avtomobil və bir dəmir yolu açılacaqdı. Bu da öz növbəsində bölgənin inkişafını dəfələrlə sürətləndiəcək faktor olacaqdı.

Hazırda Ermənistanın bayraqlarını dalğalandırdığı Avropa İttifaqı ilə ABŞ, İran və Rusiya ilə ciddi qarşıdurma vəziyyətindədirlər. Bəzi ekspertlər Ermənistana münasibətdə bir-biriləri ilə konflikt yaşayan bu dövlətlərin bizə qarşı maraqlarının eyni olduğunu desələr də, reallıqda heç bir konkret iş birliyi görünmür. Ona görə də, Ermənistan öz ölkəsində xarici ölkələrin bayrağını ucaltmaqla, divident əldə edə bilməyəcək. Bu gedişlə Ermənistan Azərbaycanın Zəngəzur istiqamətində koridor açacağını əngəlləmək niyyəti güdürsə, kökündən yanılır. Azərbaycan Zəngəzur koridorunun açılmasında qərarlıdır və mütləq həyata keçəcək”.

Şəhanə Demokrat.az

D
demokrat.az