Region Özəl

İranda toz fırtınasına görə 330 nəfər xəstəxanaya yerləşdirildi

İranda toz fırtınasına görə 330 nəfər xəstəxanaya yerləşdirildi

İranın Sistan-Bəlucistan əyalətində son üç gündə baş verən toz fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumat görə, vilayətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınası səbəbilə son üç gündə 330 nəfər xəstəxanaya yerləşdirilib.

Xəstəxanalara yerləşdirilən 273 nəfərin evə buraxıldığı, eyni zamanda 57 nəfərin müalicəsinin davam etdiyi qeyd olunub.

Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını bildirib.

Aysu Demokrat.az

D
demokrat.az