2023-cü il üçün Liseyə Qəbul İmtahanında (LGS) iştirak edən 1 milyon 30 min 195 şagird arasından hər iki sessiyada bütün sualları düzgün cavablandıran şagird Türkiyə birincisi olub.
Demokrat.az xəbər verir ki, sözügedən şagird zəlzələ bölgəsində olmasına baxmayaraq bu nəticəni əldə edib.
Türkiyədən birincisi olan 8-ci sinif şagirdi Melike Behçet zəlzələyə görə təhsilə fasilə verilsə də, belə bir uğura imza atmaqdan qürur duyduğunu söyləyib.
Eyni zamanda 3 ailənin uzun müddət bir yerdə yaşamaq məcburiyyətində qaldığını və bu müddət ərzində məktəbə gedə bilmədiyini deyib.
Aysu Demokrat.az


