Hərbi Özəl

Politoloq: "Azərbaycan antiterror əməliyyatını keçirməyə məcbur olacaq"

Politoloq: Azərbaycan antiterror əməliyyatını keçirməyə məcbur olacaq

"Tovuz hadisələri baş verdikdə Ermənistan demək olar ki, bütün qırmızı xətləri keçdi. Özü öz əli ilə müharibəni qaçılmaz etməklə, həm də məğlubiyətinə yol açdı".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, indiki şəraitdə Azərbaycan vəziyyəti ümumilikdə nəzarətdə saxlayır:

"Ermənistan özü gözəl başa düşür ki, 3-cü hərbi qarşıdurma baş verərsə, heç bir hipotetik şansı yoxdu ki, bu kampaniya əsnasında duruş gətirsin. Azərbaycan bütün göstəricilərinə görə, Ermənistanı ciddi şəkildə üstələyir.

Laçın-Xankəndi, Laçın-Şuşa yolunda baş vermiş nəzarət-buraxılış məntəqəsindəki təxribat bütün dünyanın gözü qarşısında baş verdi. Və açıq-aşkar göründü ki, onun arxasında Ermənistan və ermənilərin tabeliçiliyində olan qruplar dayanır.

Ola bilsin ki, bu, Ermənistanın öz istəyi ilə deyil. Yəni, kənar qüvvələr çalışırlar ki, bölgədəki vəziyyəti olduğundan daha da gərgin şəraitə çatdırsınlar, öz məkirli planlarını həyata keçirsinlər.

Əlbəttə, Ermənistan güclü hakimiyyətlə idarə olunsaydı, bəlkə də bu proseslər baş verməzdi. Amma Ermənistanın hakimiyyəti son dərəcə aciz, kənar qüvvələrdən asılı və öz gələcəyində hansı işləri görəcəyi ilə bağlı planı olmaması ilə xarakterizə edilir. Ona görə də, indiki məqamda əgər yenidən erməni qüvvələri qırmızı xətti keçəcəklərsə, elə bir ehtimal yüksələcək. Nəticədə Azərbaycan antiterror əməliyyatını keçirməyə məcbur olacaq. Bunun həm də sülhə məcbur etmək əməliyyatı kimi də səciyyələndirmək olar.

Ermənilərin özlərinin qərargah rəisləri olsun, istər ali baş komandanı olsun, istər bölgədə yerləşən qüvvələrinin rəhbərləri olsun, onlar gözəl başa düşürlər ki, Azərbaycan artıq sözlərdən əmələ keçməyə hazırdır. Yeni bir qarşıdurma, məğlubiyyət istəmirlərsə, gərək birincisi gözə görünməyən qüvvələrin əsarətindən çıxsınlar. Sonra Azərbaycanla ünsiyyətə hazırdılarsa, təmasları lazimi səviyyədə saxlamaq istəyirləsə, gərək predimetli məsələlər haqqında danışıqlara hazır olsunlar. Havadan, təbiətdən, insan resurslarından danışıb gündəmdə olan məsələlərə münasibət bildirmədən özlərini qeyri-müəyyən tərzdə aparsalar, əlbəttə ki, bu bizə lazım olmayan bir yanaşma olacaq.

Ermənilər həmişə yadda saxlamalıdılar ki, istər Laçın-Şuşa, istər Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi olsun, istər yol boyunca baş verən proseslər olsun, onlar hamısı Azərbaycana aid olan ərazilərdir. Əgər bu yolların, məntəqələrin, kommunikasiyaların Azərbaycana aid olması onlarda şübhə doğurursa, onlar yenə başlarından zərbə yeyəcəklər. Onlar bilməlidilər ki, Azərbaycanın öz ərazilərində heç bir ekspertmerlərə, kimlərinsə oyunbazlığlarına yol verilməyəcək".

Şəhanə Demokrat.az

D
demokrat.az