Aparılan son araşdırmalara görə, sürətlə artan piylənmə səbəbindən dünyada diabetli insanların sayı iki dəfədən çox artaraq 2050-ci ilə qədər 1,3 milyardı ötə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Universitetinin Sağlamlıq Ölçmə və Qiymətləndirmə İnstitutunun araşdırmasının nəticələri "The Lancet" tibb jurnalında dərc olunub.
Qiymətləndirmədən narahat olan ekspertlər diabetin qlobal miqyasda əksər xəstəlikləri üstələdiyi və insanlar üçün ciddi təhlükə yaratması barədə xəbərdarlıq ediblər.
Qeyd olunub ki, yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.
Aysu Demokrat.az


