Gündəm

Elman Nəsirov: "Polis öz vəzifəsini icra edib"

Elman Nəsirov: Polis öz vəzifəsini icra edib

"Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat Elman Nəsirov bildirib ki, Gədəbəyin Söyüdlü kəndində baş verənlər birdən-birə olmayıb: “Heç nə birdən birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur. Azərbaycan polisi öz vəzifəsini icra edib. Bu zaman bir nəfər polis qaydanı pozub, o da cəzalandırılacaq. DİN bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın”.

D
demokrat.az