Dünya Özəl

19 yaşlı gənc qardaşını öldürdü

19 yaşlı gənc qardaşını öldürdü

Türkiyədə axtarışlar nəticəsində cəsədi tapılan şəxsin qardaşı tərəfindən öldürüldüyü məlum olub.

Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin İzmir vilayətində baş verib.

Belə ki, polis meşədə itkin düşən 33 yaşlı şəxsin cəsədini tapıb.

Araşdırmalar nəticəsində onun 19 yaşlı qardaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub.

Şübhəli şəxs polis tərəfindən saxlanılıb və cinayəti narkotikin təsiri altında olarkən törətdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova