Gündəm Özəl

Siyasi şərhçi: “Zəngəzur dəhlizin ən böyük əlehdarı İrandır”

Siyasi şərhçi: “Zəngəzur dəhlizin ən böyük əlehdarı İrandır”

"Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, bütün region ölkələrinin yeni iqtisadi-siyasi maraqlarına xidmət edən, həmçinin bölgədə bundan sonra gerçəkləşəcək kommunikasiya və nəqliyat hərəkətlənmələrinə səbəb olacaq bir layihədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılmasına heç bir ölkə qarşı olmamalıdır:

"Bölgənin sabitliyi, eyni zamanda Qafqazın iqtisadi mənada yeni bir mərhələyə qədəm qoymağını həzm etməyən qüvvələr Zəngəzur dəhlizi məsələsində manipulyasiya etməklə məşğuldurlar.

Heç kimə sirr deyil ki, Zəngəzur dəhlizin ən böyük əlehdarı İran İslam Respublikasıdır. Bu gün İran "3+3" platformasında, yəni Azərbaycan tərəfindən təklif olunan əməkdaşlıq platformasında iştirak etmək əvəzinə çox aqressiv şəkildə Zəngəzur dəhlizi problemini yaratmağa çalışır.

Eyni zamanda, Zəngəzur dəhlizinin əleyhinə çıxış etməyə çalışır. Bütün bunlar vəziyyətin daha da gərginləşməsinə və problemlərin ortaya çıxmasına səbəb olur.

İstənilən halda hesab edirəm ki, Zəngəzur dəhlizi ilə bağlı İranın bütün təxribatlarına rəğmən bu prosesin gərçəkləşməsi zamanın tələblərindən biridir. Burada təkcə Türkiyə və Azərbaycan maraqlı deyil. Həmçinin Çin, Rusiya kimi qlobal güclər də bu məsələdə xüsusi maraq nümayiş etdirirlər.

Hesab edirəm ki, bu baxımdan Zəngəzur dəhlizi layihəsinə qarşı İranın apardığı bütün təxribatlarla və dezinformasiya hücumlarına rəğmən çox yaxın zamanlarda bu layihə böyük uğurla gerçəkləşəcək".

Aynurə Demokrat.az

D
demokrat.az