Media Özəl

Bu il nə qədər jurnalist güzəştli ipoteka kreditləri üçün müraciət edib? — Fond AÇIQLADI

Bu il nə qədər jurnalist güzəştli ipoteka kreditləri üçün müraciət edib? — Fond AÇIQLADI

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bu ildən bəri güzəştli ipoteka kreditləri üçün müraciət edən jurnalistlərin sayını açıqlayıb.

Fonddan Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlanıb.

"Ötən dövr ərzində jurnalistlərdən güzəştli ipoteka krediti almaq məqsədilə 3 müraciət daxil olub. Onlardan 2 nəfərinə yaşayış sahəsinin alınması üçün güzəştli ipoteka kredit ayrılıb", - deyə məlumatda qeyd olunub.

Bu il nə qədər jurnalist güzəştli ipoteka kreditləri üçün müraciət edib? — Fond AÇIQLADI
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Beləliklə, media islahatları çərçivəsində jurnalistlərin də güzəştli mənzil almaq imtiyazının rəsmiləşməsi istiqamətində son mərhələ də tamamlanıb.

Həmçinin, bu ildən Azərbaycanda jurnalistlər də güzəştli ipoteka ilə mənzil əldə edə bilərlər.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir.

Fərmana görə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na 3.2.1-ci yarımbəndə əlavə edilir.

Yeni əlavəyə görə, ən azı 5 il jurnalist işləyən gənc ailə üzvlərilə yanaşı ən azı 15 il jurnalist işləyən və reyestrə daxil edilən şəxslərə də aiddir.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az