Sosial Özəl

Deputat: "Bu cür addımlar "Azəriqaz" rəhbərliyinin vətəndaşlarla yaxından işləməsini göstərir"

Deputat: Bu cür addımlar Azəriqaz rəhbərliyinin vətəndaşlarla yaxından işləməsini göstərir

"Azəriqaz" İstehsalat Birliyinin hər həftə təşkil etdiyi "Açıq mikrofon" aksiyasını çox müsbət dəyərləndirirəm. Bu cür addımlar "Azəriqaz" rəhbərliyinin vətəndaşlarla yaxından işləməsini göstərir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat: Bu cür addımlar Azəriqaz rəhbərliyinin vətəndaşlarla yaxından işləməsini göstərir

Deputat bildirib ki, "Azəriqaz" İstehsalat Birliyinin belə tədbirlər təşkil etməsi təqdirəlayiqdir və əhali tərəfindən müsbət qarşılanır:

"İdarələr, şirkətlər insanlara hər zaman açıq olmalıdır. Onları dinləməli və problemlərinin nədə olduğunu bir daha özləri üçün aydınlaşdırmalıdırlar. Eyni zamanda, belə görüşlər bu və digər idarənin fəailiyyəti barəsində vətəndaşlara geniş məlumat vermək üçün çox gözəl bir imkandır.

"Azəriqaz" İstehsalat Birliyi artıq bir müddətdir ki, belə tədbirlər təşkil edir və cəmiyyətdə müsbət qarşılanır. Onların fəailiyətinə bundan sonra da uğurlar arzu edirəm".

Nəzrin Demokrat.az

D
demokrat.az