Sosial Özəl

"İnəklər ac olduğu üçün rayon mərkəzlərinə də gəlir" — İqtisadçı

İnəklər ac olduğu üçün rayon mərkəzlərinə də gəlir — İqtisadçı

"Ətin qiymətinin stabil qalması və qalxmaması üçün iki faktor önəmlidir. Bunlar yem qiymətinin aşağı olması və saxlanma şəraitidir. Əgər bunların hər ikisi olmazsa və ya biri olub digəri olmadıqda, qiymət qalxmağa başlayır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

İqtisadçı bildirib ki, son zaman ətin qiymətinin qalxmasını bu iki faktorla əlaqələndirmək olar.

"Rayona baxsaq, heyvanların, inəklərin, qoyunların saxlanması üçün şərait qalmayıb. Misal üçün bəzi rayonlarda inəklər ac olduğu üçün rayon mərkəzlərinə də gəlir. Halbuki, vaxtilə inəkləri naxıra aparırdılar və rayon mərkəzlərində özbaşına gəzən inək, qoyun görmək olmurdu. Buna ciddi nəzarət var idi. İndi saxlanma şəraiti olmadığına və ya iflic vəziyyətdə olduğu üçün rəqəmlərdə də qeyri-stabillik müşahidə olunur. Əsasən bunu kiçik buynuzlu heyvanlarda görmək olar".

İnəklər ac olduğu üçün rayon mərkəzlərinə də gəlir — İqtisadçı

İqtisadçının sözlərinə görə, ölkəmizdə otlaq sahələri kifayət qədər deyil:

"Çünki saxlanma şəraiti zəif olduğundan, insanlar artıq bundan imtina etməyə başlayırlar. Buna görə də ölkəmizdə rəqəmlərdə azalma baş verdikdə qiymət artımı qaçılmazdır.

Həmçinin, yemlərin baha olması da qiymət artımına səbəb olur. Nə qədər yemin qiyməti bahadır, demək o qədər də saxlanmaya daha çox pul xərclənir. Baxmayaraq ki, dövlət tərəfindən vergi baxımından güzəştlər mövcuddur. Demək qiymət amilinə təsir edən faktorlardan biri yemin baha olmasıdır. Bura digər faktorları əlavə etmək olar.

Əgər paytaxtda ətin qiyməti süni artırsa, o halda bu regionlara da təsir edir. Əgər təlabat artırsa, təklif azdırsa bu da qiymət artımına təsir edir. Monopoliya movcuddursa və monopolist bazara qiyməti diqtə edə bilirsə, bu da qiymət artımına təsir edir".

Rauf Qarayev qeyd edib ki, bazarlarda daha çox ucuz olsun deyə quş ətinə üstünlük verilir:

"Demək qiymət artımına əsas təsir edən tələb deyil. Əsasən monopoliyanı burada ön plana çəkmək lazımdır. Bununla mübarizə aparılsa da, tam effektini vermir.

Düzdür əlavə bura infilyasiya faizlərini də qeyd etmək olar. Digər malların qiyməti artırsa və qəssabın qazancı yalnız ətdirsə, o da məcburən ətin qiymətini artırır.

Hesab edirəm ki, əgər istək varsa, çıxış yolu da var. Sadəcə düzgün istiqamət götürüb işləmək lazımdır. Problemin üzərinə gedərsən, problem həll olunar. Getməzsən, daha da böyüyər. Bununla məşğul olan aidiyyatı qurumlara sözüm odur ki, mətbuatda qeyd olunan tövsiyələri nəzərə alın. Əks halda məsələ öz oxundan çıxa bilər".

Nəzrin Demokrat.az

D
demokrat.az