Ortaq təlim üçün Xorvatiyada olan Macarıstana məxsus hərbi helikopter qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyindən açıqlama verilib.
Hərbi helikopterin Xorvatiyanın cənubundakı Drnis şəhəri yaxınlığında qəzaya uğradığı bildirilib.
Xorvatiya Axtarış-Xilasetmə Departamentinin rəhbəri Yosip Broziçeviç helikopterdə 3 nəfərin olduğunu və onlardan 2-nin cəsədinin tapıldığını, bir nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.
Aysu Demokrat.az


