"Son vaxtlar ölkəmizdə heyvanları saxlamaq xərcləri artıb. Bu səbəbdən də mal ətinin qiymətində bahalaşma müşahidə olunur. Biz bunu Qurban bayramı olmadan da bazarlarda müşahidə edirdik".
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
İqtisadçı bildirib ki, bu gün bazarlarda quzu və qoyun ətinin kilosu 16-18 manat aralığındadır: 
Həmçinin, samanın, otun baha olması ilə əlaqələndirirlər.
İkincisi, bahalaşma bazara Ukrayna və Rusiyadan gələn ucuz ətin sıradan çıxması ilə əlaqəlidir. Ukraynanın bazardan çıxması ucuz məhsul rəqabətini aradan qaldırır və nəticədə fermerlər qiymətlərini rahat qaldıra bilirlər".
İqtisadçı bildirib ki, bayram öncəsi bazarlarda qiymət artımı hər il müşahidə olunur:
"Qurban Bayramı ilə əlaqəli artım sırf tələbatla əlaqədar olan artımdır. Adətən həmişə bu dövrlərdə biz müəyyən qiymət artımı müşahidə edirik. Bu ildə eyni qaydada davam edəcək. Çünki, tələbatın kəskin yüksəlməsi baş verir. Bu da təbii olaraq bazarda qiymətlərin yüksəlməsi ilə müşaiət olunur. Təbii ki, bu qiymət artımı bayramdan sonra aradan çıxacaq. Yəni, əvvəlki qaydada qiymətlər stabilləşəcək".
Nəzrin Demokrat.az


