İtaliyada rəsmi səfərdə olan Kuba Prezidenti Migel Diaz-Kanel bu gün paytaxt Romada Katolik Kilsəsinin ruhani lideri Papa Fransisk ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Görüşdən sonra Kuba Prezidenti Diaz-Kanel açıqlama verib.
Prezident Roma Papası ilə görüşü müsbət qiymətləndirib və dünya gündəmindəki aktual məsələləri müzakirə etdiklərini bildirib.
O, Papa Fransisk ilə Kubaya tətbiq edilən iqtisadi maneələrin Kuba xalqına təsiri barədə danışdıqlarını deyib.
Aysu Demokrat.az


