Sosial Özəl

Azərbaycanda dərmanların qiyməti niyə bahadır? — Deputatdan maraqlı TƏKLİF

Azərbaycanda dərmanların qiyməti niyə bahadır? — Deputatdan maraqlı TƏKLİF

"Dərmanların qiymətinin yüksək olması Milli Məclisdə dəfələrlə müzakirə olunub".

Bu fikirləri Demokrat.az- açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Azərbaycanda dərmanların qiyməti niyə bahadır? — Deputatdan maraqlı TƏKLİF

Deputat bildirib ki, bununla bağlı təkliflər də təqdim olunub:

"Tarif Şurası tərəfindən dərmanların qiymətlərini müəyyənləşdirilən zaman yeni mexanizmin istifadə olunması təklif olunub. Bütövlükdə dərmanların qiymətinin aşağı salınmasının ən optimal yolu yerli istehsalın təşkil edilməsidir. Qardaş Türkiyədə yerli istehsalın təşviq olunması dərman qiymətlərinin optimallaşmasına və aşağı düşməsinə gətirib çıxara bilər.

Bildiyimiz kimi, Türkiyə dərman idxal edən ölkədən dərman ixrac edən ölkəyə çevrilib. Türkiyənin bu sahədəki təcrübəsini nəzərə almaqla Azərbaycanda da Türkiyə şirkətləri ilə birgə dərman istehsalının təşkil edilməsi məqsədəuyğundur. Yerli istehsalın təşkil edilməsi birmənalı şəkildə qiymətlərin aşağı düşməsinə gətirib çıxarda bilər. Ona görə də, dərman bazarında qiymətlərin aşağı düşməsinin, strateji baxımdan uzunmüddətli aşağı saxlamasının ən uyğun yolu yerli istehsalın təşkil edilməsidir. Türkiyə şirkətləri bu baxımdan əməkdaşlıq üçün vacib tərəfdaş ola bilər.

Düşünürəm ki, qardaş ölkənin şirkətlər ilə əməkdaşlıq yerli istehsalın təşkil edilməsi, dərman bazarında qiymətlərin aşağı düşməsinə gətirib çıxarda bilər".

Nəzrin Demokrat.az

D
demokrat.az