Media Özəl

Hər bir jurnalist mənzil sahibi ola biləcək — Mediaya yeni İMKANLAR

Hər bir jurnalist mənzil sahibi ola biləcək — Mediaya yeni İMKANLAR

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Beləliklə, jurnalistlərin də güzəştli mənzil almaq imtiyazının rəsmiləşməsi istiqamətində son mərhələ də tamamlandı. Bu, media islahatlarının ən vacib elementlərindən biridir.

Prezident İlham Əliyev jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlara imza atıb. MEDİA Agentliyi fəaliyyətə başlayandan sonra bu sahədə köklü dəyişikliklər xüsusilə diqqət çəkir. Artıq sadələşdirilmiş şərtlərlə ehtiyacı olan jurnalistlər də mənzil sahibi ola biləcəklər.

Bu addımlardan biri jurnalistlərin ipoteka imkanlarından yararlanmasıdır. MİDA-da jurnalistlər üçün güzəştli mənzil sahibi olmaq imkanının yaradılması da növbəti addım oldu. Beləliklə, jurnalistlər həm istədikləri yerdə ipoteka şərtləri ilə mənzil ala biləcəklər, həm də MİDA-nın inşa etdiyi mənzillərin sahibi ola biləcəklər.

MİDA-nın açıqladığı şərtlərə nəzər yetirdikdə geniş imkanların yarandığını görmək mümkündür.

Birincisi, yaşı 35-dən çox olmayan gənc ailə üzvlərinə mənzil sahibi olmaq imkanı yaradılır və şərtlər kifayət qədər sadədir. 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş jurnalistlər bir neçə sənəd toplamaqla MİDA-ya müraciət edə bilərlər.

İkincisi, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, 15 illik iş ştajı olan digər jurnalistlər də bu imkanlardan asanlıqla yararlana bilərlər.

Beləliklə, mənzilə ehtiyacı olan daha çox jurnalist üçün böyük fürsət yaradılır.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az