Sosial

Saatlıda qazilərə sosial-psixoloji yardım edildi — FOTOLAR

Saatlıda qazilərə sosial-psixoloji yardım edildi — FOTOLAR

Rəqəmsal İnkişaf İctimai Birliyi partnyor təşkilatlarla (“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi) birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi" layihəsinin icrası ilə bağlı 01.06.2023 tarixində Saatlı rayonunda qazilərə sosial-psixoloji yardımla bağlı seminar keçirib.

Görüşdə mövcud qanunvericilik və qazilərin hüquqları, Müharibədə iştirak edən şəxslərdə müşahidə olunan psixoloji problemlər, bundan xilas yolu. mövcud sosial problemlər və həlli yolları seminarın mövzusu olub.

Görüş zamanı qazilərim sualları ekspertlər tərəfindən cavablandırılıb. Növbəti tədbirdə mövcud problemlər aidiyyatı yerli icra orqanları ilə birgə müzakirə olunacaq.

Saatlıda qazilərə sosial-psixoloji yardım edildi — FOTOLAR
Saatlıda qazilərə sosial-psixoloji yardım edildi — FOTOLAR
Saatlıda qazilərə sosial-psixoloji yardım edildi — FOTOLAR

NE
Nihadə Eyyubova