Dünya Özəl

Roma Papası 9 gündən sonra evə buraxıldı

Roma Papası 9 gündən sonra evə buraxıldı

Roma Papası Fransisk əməliyyatdan 9 gün sonra evə buraxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat xarici mediada yer alıb.

Bildirilib ki, bu gün səhər xəstəxanadan çıxan Papa həkim heyətinə təşəkkür edib.

Katoliklərin ruhani lideri xəstəxananın qarşısında onu gözləyən jurnalistləri, xəstələri və onların yaxınlarını “Mən hələ də sağam” deyərək salamlayıb.

Xatırladaq ki, Roma Papası, qarnında əmələ gələn yırtıq ilə əlaqədar iyunun 7-də Roma Gemelli Xəstəxanasında əməliyyat olunmuşdu.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova