Kriminal Özəl

Qadınları fahişəliyə məcbur edən Yeganə Qəhrəmanovanın məhkəməsi başlayır

Qadınları fahişəliyə məcbur edən Yeganə Qəhrəmanovanın məhkəməsi başlayır

Azərbaycan hüdudlarından kənarda qadın alveri ilə məşğul olmaqda ittiham olunan Yeganə Qəhrəmanovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Abdulla Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq. Prosesin qapalı keçiriləcəyi gözlənilir.

İstintaq orqanı tərəfindən Yeganə Qəhrəmanovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə bir qadın zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az