“Son günlər Ermənistanın silahlı təxribatları bizə birinci Qarabağ mühaisbəsini xatırladır. Sanki 90-cı illər təkrar olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında deputat Vahid Əhmədov bildirib.

Deputat bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra Avropada, Amerikada və Rusiyada süh sazişinin imzalanması ilə bağlı görüşlər keçirirdilər: "Amma biz silahlı təxirbatlarla üzləşirdik. 2020-ci ildə Azərbaycan prezidenti ölkə ərazisinin işğaldan azad edilməsi üçün müvafiq qərar verdi və ordumuz ərazilərimizi işğaldan azad etdi. İkinci Qarabağ müharibəsindən sonra yenə görüşlər başladı. Ermənistanın baş naziri Paşinyan ərazi bütövlüyümüzü tanıdığını bəynan edir, amma saziş imzalanmağa gələndə təxribatçı addımlar atılır".
"Ermənistanın silahlı təxribatında İran qədər Rusiya da maraqlıdır. Çünki Rusiya sülhməramlı kontigentinin burada qalmasında maraqlıdır”, -deyə Vahid Əhmədov əlavə edib.


