Sosial Özəl

Naxçıvana getmək istəyən vətəndaşlar təyyarəyə bilet tapa bilmirlər — AZAL isə susur... (FOTOLAR)

Naxçıvana getmək istəyən vətəndaşlar təyyarəyə bilet tapa bilmirlər — AZAL isə susur... (FOTOLAR)

Bakıdan Naxçıvana getmək istəyən vətəndaşlar təyyarəyə bilet tapa bilmirlər.

Demokrat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin sabiq deputatı, tanınmış iqtisadçı Nazim Baydəmirli bildirib.

İqtisadçı buna səbəb kimi Naxçıvana getmək istəyənlərə onlayn biletlərin satılmadığını deyir:

Naxçıvana getmək istəyən vətəndaşlar təyyarəyə bilet tapa bilmirlər — AZAL isə susur... (FOTOLAR)

"İstədim Naxçıvana bilet alım, nə sabaha, nə bir həftə, nə də 2 həftə sonraya biletlər yoxdur. Həmişə onlayn biletlər çətin olub, demək olar ki, satılmayıb, gərək insanlar şəxsən gəlib özləri kassadan alsınlar.

Bu sadə sistemi AZAL niyə həll etmir? Bir tərəfdən də quru yollar bağlıdır. Naxçıvana təcili getmək istəyənlər bir neçə gündür kassaların qabağında əsir-yesir olublar".

Naxçıvana getmək istəyən vətəndaşlar təyyarəyə bilet tapa bilmirlər — AZAL isə susur... (FOTOLAR)
Məsələ ilə bağlı AZAL hələlik heç bir açıqlama verməyib.

Nəzrin Demokrat.az

D
demokrat.az