ABŞ konqresmenləri prezident Baydenə ABŞ-da dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə imkan verən qanun layihəsi təqdim ediblər.
Azpost.info bildirir ki, bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Senator Cim Riş bildirib ki, Rusiyanın dünya üzrə 300 milyard dollardan çox aktivi dondurulub. Senatorlar bu aktivlərin Ukraynanın bərpası üçün verilməsini təklif edirlər.
Konqresmenlərin fikrincə, Ukraynanın bərpası yüz milyardlarla dollar tələb edəcək.


