Maraqlı Özəl

Bu ölkə timsah satışına başladı

Bu ölkə timsah satışına başladı

Cənubi Afrika ölkələrindən biri olan Namibiya ölkədəki timsahlardan 40-nı satmağa qərar verib.

Demokrat.az xəbər verir ki, bu barədə "The Namibian" qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkənin Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyi vəhşi heyvanların insanlara yaratdığı təhlükənin azaldılması üçün Zambezi və Kavanqo bölgələrindəki 40 timsahı satmağa qərar verib.

Nazirliyin sözçüsü Romeo Muyunda insanlara və digər heyvanlara zərər verən timsahların uyğun yaşayış şəraitinə malik olan ölkələrə satılacağını söyləyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova