Dünya

ABŞ və İsrail müdafiə nazirləri İranı müzakirə edəcək

ABŞ və İsrail müdafiə nazirləri İranı müzakirə edəcək

ABŞ müdafiə naziri Lloyd Ostin və İsrail müdafiə naziri Yoav Qalant Belçikada görüşəcək.

APAxəbər verir ki, ABŞ-ın Brüsseldəki səfirliyində keçiriləcək görüşdə nazirlər İranı müzakirə edəcəklər.

İsrail müdafiə naziri Yoav Qalant jurnalistlərə açıqlamasında deyib ki, amerikalı həmkarı ilə İranın nüvə silahlarına qarşı ortaq öhdəliyi müzakirə edəcəklər: “İranın heç vaxt hərbi nüvə qabiliyyətinə malik olmaması üçün hər iki ölkənin birgə öhdəliyinin həyata keçirilməsini müzakirə edəcəyik”.

NE
Nihadə Eyyubova