Bu gün səhər saatlarında Laçında Həkəri çayı üzərindəki nəzarət-buraxılış məntəqəsində sərhədçilərimiz Azərbaycan dövlət bayrağını sərhədlərimiz daxilində quraşdırmaq istəyəndə erməni hərbçilərinin atəş açması nəticəsində mümkün olmayıb.
Demokrat.az xəbər verir ki, erməni hərbçilərin atəş açması nəticəsində sərhədçimiz yaralanıb.
Rus sülhməramlıları ilə aparılan danışqılardan sonra sərhədçilərimiz həmin ərazidə Azərbaycan bayrağını yenidən qaldırıblar.
Rus hərbi kontingenti Azərbaycan sərhədçilərinin təhlükəsizliyini təmin edib və canlı sipər çəkiblər. Hətta əraziyə Rusiya hərbi kontingentinin komandanı, general-polkovnik Aleksandr Letnsov özü təşrif buyurmalı olub. (olke.az)


