Hadisə Özəl

Miqrantları daşıyan gəmi batdı — 59 nəfər öldü

Miqrantları daşıyan gəmi batdı — 59 nəfər öldü

Yunanıstanın Peloponnes yarımadasında qaçqınları daşıyan gəminin batması nəticəsində 59 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, Yunanıstanın Peloponnes yarımadası yaxınlığında qaçqınları daşıyan gəmi batıb.

Qayıqda neçə nəfərin olduğu hələ məlum olmasa da, yerli rəsmilər 59 nəfərin öldüyünü bildirib.

Eyni zamanda 100 nəfər xilas edilib. Xilas edilən 100 nəfər Kalamata şəhərinə aparılıb.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az