Siyasət Özəl

Türk general: “Azərbaycana qarşı çıxanlar Türkiyə ilə də düşmənçilik edirlər”

Türk general: “Azərbaycana qarşı çıxanlar Türkiyə ilə də düşmənçilik edirlər”

“Ərdoğan növbəti dəfə Türkiyə Prezidenti seçildikdən sonra ənənəvi olaraq eyni gündə ilk olaraq Şimali Kipr Türk Respublikasına və Azərbaycana səfər etdi. Bu, iki türk dövlətinin Türkiyə üçün əhəmiyyətini bütün dünyaya göstərən bir səfərdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılgan bildirib.

Türkiyəli general qeyd edib ki, bu səfərlə onların bu iki dövlətlə həyati maraqlarının əhəmiyyəti vurğulanır.

"Bu, onu göstərdi ki, qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik məsələləri günü-gündən artır. Bundan sonra hər kəs biləcək ki, Türkiyə hər vəziyyətdə və şəraitdə bu qardaş ölkələrin yanındadır. Ona görə də Azərbaycana qarşı çıxanlar Türkiyə ilə də düşmənçilik edirlər.

Ümid edirəm ki, qarşıdakı dövrdə əlaqələr çox daha strateji səviyyədə davam edəcək".

Şəhanə Demokrat.az

D
demokrat.az