Dünya Özəl

Lukaşenko səhhəti ilə bağlı şayə yayanları "axmaq" adlandırdı

Lukaşenko səhhəti ilə bağlı şayə yayanları axmaq adlandırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko 9 May Qələbə Günündə Moskvada səfərdə olarkən səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Demokrat.az "Reuters"ə istinadla xəbər verir ki, Lukaşenko səhhəti ilə bağlı şayə yayanları "axmaq" adlandırıb.

Daha sonra Lukaşenko deyib: "Yazırlar ki, güya məni Moskvanın Mərkəzi Klinik Xəstəxanasına apardılar. Mən Mərkəzi Klinik Xəstəxananın harada olduğunu belə bilmirəm. Əgər mənə kömək lazım olsa, bir neçə saat ərzində Putin həmin Mərkəzi Klinik Xəstəxanadan onlarla həkim göndərərdi. Ölümümü azu edənlər qoy məyus olsunlar, mən hələ ölmək fikrində deyiləm”.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az