“Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı Rusiyanın danışıqlar prosesinə başlamasına səbəb ola bilər”.
Demokrat.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
Fransa Prezidenti Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğurlu olacağına inandığını bildirib:
“Ümid edirik ki, Ukraynanın əks-hücum o qədər uğurlu olacaq ki, bundan sonra Rusiya da danışıqlara başlamağa məcbur olacaq. Avropa ölkələri rəsmi Kiyevi lazım olduğu qədər dəstəkləyəcək. Ukraynanın əks-hücumu bir neçə həftə və ya aylarla davam etməlidir”.
Elmar Heydərli Demokrat.az


