"Türkiyə-Azərbaycan Universiteti ilə bağlı qanunvericilik səviyyəsində də addım atılacaq və fəaliyyətə başlaması gecikən bu universitetin yaxın gələcəkdə fəaliyyətə başlamasını təmin edəcəyik".
Demokrat.az xəbər verir ki, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.
“Beləcə, azərbaycanlı gənclər rahatca Türkiyəyə gəldiyi kimi, türk gənclər də rahatca Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər”, - Ərdoğan bildirib.


