Gündəm

Azərin oxudu, Prezidentlər ayaq üstə alqışladılar — VİDEO

Azərin oxudu, Prezidentlər ayaq üstə alqışladılar — VİDEO

Xəbər verdiyimiz kimi, iyunun 12-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.

Demokrat.az xəbər verir ki, konsert proqramı ilə davam edən ziyafətdə ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.

Xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirdikdən sonra, Azərbaycan və Türkiyə liderləri onu ayaq üstə alqışlayıblar.

Həmin görüntüləri təqdim edirik:

D
demokrat.az